Bir çoxlarını sadə bir sualın cavabı maraqlandırır: ABŞ Venesueladan nə istəyir?DEFAULT.AZ Baku TV-yə istinadən xəbər verir ki, ABŞ-nin Venesuelladan istədikləri əsasən bir neçə strateji və siyasi məqsəd ətrafında cəmlənir.ABŞ Venesuellada Nikolas Maduro hakimiyyətini qeyri-legitim hesab edir, azad və ədalətli seçkilər keçirilməsini, müxalifətə təzyiqlərin dayandırılmasını tələb edir. Yəni məqsəd təkcə şəxs yox, idarəetmə modelinin dəyişməsidir.Venesuella dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malikdir, ABŞ üçün enerji bazarında strateji əhəmiyyət daşıyır. ABŞ istəyir ki, Venesuellanın nefti şəffaf və Qərb nəzarətinə açıq bazara çıxsın, bu resurslar Rusiya, Çin və İranın təsir dairəsində qalmasın.Venesuella Rusiyanın, Çinin və İranın Latın Amerikasındakı əsas dayaq nöqtəsidir. ABŞ üçün bu ölkə öz "arxa həyətində" anti-Qərb blokunun möhkəmlənməsi deməkdir.ABŞ korrupsiya, insan haqları pozuntuları, narkotrafik iddiaları səbəbi ilə sanksiyalar tətbiq edir. Bu sanksiyalar təzyiq aləti kimi istifadə olunur. Venesuelladan milyonlarla insan qaçqın kimi qonşu ölkələrə və ABŞ-yə axışır, bu isə ABŞ üçün sosial və təhlükəsizlik problemi yaradır.ABŞ Venesuelladan neftdən daha çox şey istəyir. İstəyir ki, rəsmi Karakas öz təsir dairəsində olan, Qərblə işləyən, Rusiyaya, Çinə və İrana bağlı olmayan, idarəolunan və proqnozlaşdırılan bir xəttə gəlsin.https://www.youtube.com/watch?v=cla4TwPnlYk
Azərbaycanda yanvarın 1-də cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.Bu barədə DEFAULT.AZ-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Qazaxıstanda avtomobil sahibləri bundan sonra dövlət qeydiyyat nişanlarını istədikləri hərf və rəqəmlərlə seçə biləcəklər. Yeni qaydalar 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minib.BAKU.WS xəbər verir ki, əhali üçün daha rahat şərait yaratmaq məqsədilə hazırlanmış bu mexanizm avtomobil sahiblərinə nömrə nişanının kombinasiyasını sərbəst müəyyən etməyə imkan verir. Lakin yüksək tələbat olan xüsusi nömrələr bu qaydaya daxil edilmir və onların əldə olunması üçün ayrıca rüsumlar tətbiq olunacaq.Standart nömrə nişanlarının qiyməti 10–15 aylıq hesablama göstəricisi həcmində müəyyən edilib. Qeyd edək ki, aylıq hesablama göstəricisi Qazaxıstanda müavinətlərin, vergilərin, cərimələrin və dövlət rüsumlarının hesablanmasında istifadə olunan rəsmi maliyyə əmsalıdır. Bu göstərici hər il dövlət büdcəsi haqqında qanunla təsdiqlənir və inflyasiya fonunda məbləğlərin yenidən hesablanmasını asanlaşdırır.
On ildən artıq bir fasilədən sonra Apple illik məhsul buraxılış siyasətində əsaslı dəyişiklik etməyə hazırlaşır. Məlumata görə, iPhone 18 seriyasının baza modeli 2026-cı ildə təqdim olunmayacaq.DEFAULT.AZ xəbər verir ki, xarici mənbələrin məlumatına əsasən, 2026-cı ilin payızında yalnız flaqman modellərin – iPhone 18 Pro, iPhone 18 Pro Max və ilk qatlanan iPhoneun təqdim ediləcəyi gözlənilir. Standart iPhone 18 və daha münasib qiymətə olan modellərin isə 2027-ci ilin yaz aylarından əvvəl satışa çıxarılması planlaşdırılmır.Bu dəyişiklik nəticəsində hazırda satışda olan iPhone 17 uzun müddət - 18 aydan çox - Apple-ın əsas baza modeli kimi qalacaq. Strategiyadakı yenilik cihaz çeşidinin genişlənməsi ilə əlaqələndirilir. Belə ki, 2026-cı ilin sonuna qədər iPhone 16e, iPhone Air və əvvəlki nəsil modellər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli iPhone modelinin satışda olacağı bildirilir.
Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.DEFAULT.AZ xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir.Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.DEFAULT.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Çayarxı kəndində qeydə alınıb.Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib və bir gün sonra orada ölüb.Məlum olub ki, S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək ikinci mərtəbənin eyvanından yıxılıb.
Smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problemin qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi işlər aparılır.Bunu DEFAULT.AZ-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.Onun sözlərinə görə, bu il yanvarın 1-dən smart-kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində yaranmış problem elə həmin gün saat 20:00-da aradan qaldırılsa da, sistem kütləvi əməliyyatlar aparılması zamanı təkrar xətalarla üzləşib: "Məlum olduğu kimi, təqvim ilinin əvvəli olması ilə qədər müraciətlərin sayı da çox olur. Müraciət sayı çox olduğundan yenidən müəyyən xətaların olduğunu aşkar etdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə işlər aparırlar".
Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında yolların buz bağlayacağı gözlənilir.DEFAULT.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı verib.Default.az xəbər verir ki, başsağlığında deyilir:"Zati-aliləri,Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında "Turan Tovuz" klubunun oyunçusu Ayxan Quseynov həm komandanın hazırkı durumu, həm də ölkə çempionatındakı rəqabət barədə fikirlərini bölüşüb.https://www.youtube.com/watch?v=fgBR62nqRPgAyxan Quseynov milli komandaya niyə çağırılmır?"Turan Tovuz" avrokuboklara vəsiqəni necə qazana bilər?Kurban Berdıyev komandada taktiki dəyişikliklər edibmi?Ayxan Quseynov proqramda bu və digər suallara aydınlıq gətirib.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahələrindən istifadə edən fiziki şəxslər bundan sonra sosial sığorta haqqını əvvəlkindən daha yüksək məbləğdə ödəyəcəklər.DEFAULT.AZ "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət digər sahələrdə rəsmi şəkildə işləməyən və məcburi dövlət sosial sığorta haqqı ödəməyən torpaq mülkiyyətçilərindən gedir.Bildirilib ki, bu ödənişlər vergi xarakteri daşımır. Məqsəd kənd təsərrüfatı ilə məşğul olan şəxslərin sosial təminat sisteminə cəlb edilməsi, onların əmək stajının formalaşdırılması və gələcək pensiya hüquqlarının təmin olunmasıdır.Qeyd edək ki, dəyişikliklər ailə kəndli təsərrüfatlarında çalışan əmək qabiliyyətli ailə üzvlərinə də şamil edilir. İstisna hallar nəzərə alınmaqla, yeni mexanizm kənd təsərrüfatında çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini hədəfləyir.Xatırladaq ki, əvvəlki qaydalara əsasən torpaq sahibləri üçün sosial sığorta haqları daha aşağı idi. Belə ki, 5 hektaradək torpaq sahəsi olanlar minimum əməkhaqqının 2 faizi, 5-10 hektar arası torpaq sahibləri 6 faizi, 10 hektardan çox torpaq sahəsi olanlar isə 10 faizi həcmində sosial sığorta haqqı ödəyirdilər.Yeni qaydalara əsasən isə 5 hektaradək torpaq sahəsi olduqda minimum əməkhaqqının 5 faizi, 5 hektardan 10 hektaradək olduqda 7.5 faizi, 10 hektardan yuxarı olduqda isə 12.5 faizi miqdarında sosial sığorta haqqı ödəniləcək.https://www.youtube.com/watch?v=4pwz-E-5fmw

